2018-ci ildə ata olacağını açıqlayan müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanla məkanların birindən çıxarkən paparassilərin hədəfində olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük məkandan çıxdıqdan sonra küçənin ortasında bir-birlərini qucaqlayaraq öpüşlərə qərq edib.

Olduqca xoşbəxt görünən Sərdarla Xloe jurnalistlərlə salamlaşaraq avtomobillərinə doğru irəliləyiblər. Xatırladaq ki, bu yaxınlarda "əlim-ayağım tutmur" deyərək səhhətindən şikayətlənən Sərdar həyat yoldaşını gələn il ana olmağa razı saldığını bildirərək sevincini hər kəslə bölüşmüşdü.

Milli.Az