Türkiyəyə və əks istiqamətə uçan təyyarələri polislər müşayiət edəcək

Türkiyə aeroportlarına və əks istiqamətə uçan bir sıra beynəlxalq aviareysləri silahlı polislər müşayiət edəcək. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib.

Metbuat.az xəbər verir ki, keçən həftə Türkiyə parlamenti tərəfindən qəbul olunan qanuna əsasən, terror aktlarına qarşı təhlükəsizlik tədbirləri çərçivəsində Türkiyəyə və əks istiqamətə uçan təyyarənin göyərtəsində silahlı polislər ola bilər.

“Təhlükəsizlik məqsədi ilə təyyarələrin göyərtəsində polislərin olması praktikası bir çox ölkələrdə, o cümlədən ABŞ və Böyük Britaniyada tətbiq olunur. Əvvəllər bizim qanunvericilik buna yol vermirdi və bu səbəbdən çətinliklər yaranırdı”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, hava polisinin zabitləri yalnız uçuşun həyata keçirildiyi iki ölkə arasında müvafiq saziş imzalandıqdan sonra beynəlxalq reysləri müşayiət edə biləcək. Yenilik bütün reyslərə deyil, bəzilərinə şamil olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR