Dekabr ayının 1 - 3 tarixlərində Polşanın paytaxtı Varşava şəhərində keçirilən Bədii Gimnastika üzrə "Varşava payızı" adlı Beynəlxalq turnirdə Su İdmanı sarayının balaca gimnastları da iştirak etmişdirlər. Turnirə yollanan 11 gimnastımız medal və diplomlarla vətənə qayıtdılar.

Belə ki, Şəms Cavadova alətsiz nümayişdə 1-ci yer, iplə nümayişdə 3-cü yerin qalibi oldu. Daniella Səfərova isə alətsiz nümayişdə 2-ci yer, halqa nümayişi ilə 3-cü yerin qalibi oldu. Çoxnövlülük nümayişində qızıl medalın sahibi Sürəyya Novruzova, 2-ci yerin qalibi isə Ayan Əmirova oldu. 4 yaşlı Məryəm Novruzova isə Çempionatın ən az yaşlı iştirakçısı adına layiq görüldü. Bütün gimnaslarımız turnirdə iştiraka görə diplomlarla təltif edildilər.

Qeyd edək ki, Bədii Gimnastika üzrə "Varşava payızı" adlı Beynəlxalq Turnirdə ümumilikdə 13 ölkədən 400 idmançı iştirak edirdi.

Milli.Az