Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib. Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirakını rəsmən elan edib. ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu gün rəsmən açıqlayacaq. Ukrayna paytaxtında vəziyyət gərgin olaraq qalır.

Vyanada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi müzakirə olunur.

Qeyd edək ki, bu gün Vyanada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın görüşü gözlənilir. Həmsədrlərin iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi, prezidentlərin növbəti görüşü ilə bağlı məsələsi müzakirə olunacaq.

Hər iki nazir dekabrın 7-8-də keçiriləcək ATƏT-in xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Vyanada səfərdədir.

Ermənistan parlamenti Rusiyanın İrəvana 100 milyon dollarlıq kredit verməsi haqqında müqaviləni təsdiqləyib. Müqaviləyə parlamentin 92 deputatı səs verib.

Ermənistan müdafiə nazirinin birinci müavini Artak Zakaryan bildirib ki, Ermənistana gətiriləcək hərbi təyinatlı məhsullar tamamilə yenidir. Nazir müavini əlavə edib ki, təchizatlar Ermənistanın təhlükəsizliyinin səviyyəsini artıracaq və ölkənin silahlı qüvvələrinin potensialını gücləndirəcək. Onun sözlərinə görə, söhbət “regional əhəmiyyət” daşıyan silah növlərindən gedir.

Fəlakətə qalan 2 SAAT, sülhün yeganə YOLU... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan 100 milyonluq silah müqaviləsini təsdiqlədi