“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında “Cenoa”dan “Roma”ya keçib. O, dekabrın 5-də İtaliyada “Qarabağ”a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.