"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Xaldan-Balakən avtomobil yolunun Oğuz rayonu istiqamətində olan kəsişmə nöqtəsində qeydə alınıb.
Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib. Ölənlərdən birini qadın olduğu qeyd edilir.
Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digr ikisi isə Şəkiyə aparılıb. Yaralılardan birinin vəziyyəti kritikdir.
Hadisə şahidlərinin bildirdiyinə görə, maşınlardan birində toydan qayıdan hərbçilər olub. Onlar Qax rayonundan qayıdırlarmış.
***19:31
Şəki. 9 dekabr. REPORT.AZ/ Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində ölən və yaralananlar var.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.