Elə filmlər vardır ki, izlədikdən sonra onun ssenarisini iki cümlə ilə nağıl etmək mümkünsüz iş olur. Hətta belə filmlər izləyicinin müşahidə qabiliyyətini olduqca çətinə salır.
Milli.Az yalnız iki dəfə izləndikdən sonra söhbətin nədən getdiyi anlaşılan filmləri təqdim edir.
1. "Uyğunluq" (Coherence) (2013)
Film 8 dostun bir axşam yeməyində ikən baş verən qeyri-adi hadisələrindən bəhs edir. Şödigerin teoremi filmin əsas məğzini təşkil edir. Bu teorem düşüncəni sınaqdan keçirməyi, bəzən də paradoksu ehtiva edir. Yəni bir çox gerçək hadisənin eyni anda yaşanması ehtimalı.
2. Pi (1998)
Bu film din, mistika və qalaktika kimi 3 çılğın mövzunu riyaziyyatda birləşdirir. Filmin qəhrəmanı bir riyaziyyatçıdır. O, riyaziyyatı sözügedən mövzularla qarşılaşdırır.
3. "Yaşamın şifrəsi" (Source Code) (2011)
Filmdə Kolter Stivens adlı bir pilotun obrazı canlandırılıb. O, dövlətin gizli proqramının bir parçasıdır. Baş qəhrəman bir qatar partlayışını törədən cinayətkarın kim olduğunu tapmalıdır. Ancaq bu tapşırıq çox təhlükəlidir.
4. "Kəpənək effekti" (The Butterfly Effect) (2004)
Xaos teoreminə görə, nə zamansa baş verən çox kiçik bir hadisənin olduqca xırda bir detalı gələcəkdə qarşısıalınmaz fəlakətlər törədə bilir. Bununla da paralel gerçəkliklər yaranır. Filmin baş qəhrəmanı isə bu faciələrin qarşısını ala bilmək üçün keçmişə səyahət edir.
5. Tale (Predestination) (2014)
Bu film zamanda səyahət etməyin necə mümkün olduğuna işıq tutur. Filmin baş qəhrəmanı eyni zamanda qadın və kişi olmaqla bir neçə nəfərə çevrilir, yeri gəlir özü ilə tanış olur, özünü sevir. Fantastikanın pik nöqtəsini fəth edən bu filmin ssenarisi olduqca qarışıqdır.
6. Gizli Kimya (Upstream Color) (2013)
Film təbiət və heyvanlar arasındakı ortaqlığı araşdırır. İnsanların nəzarətindən kənar baş verən hadisələri göz önünə sərir.
7. Bir kosmos dastanı (2001)
Film ağıllı bir kompüter ilə Yupiterə gedən elm adamlarının səyahət xronikasını ehtiva edir. Ssenari dünya yaranandan təkamülə qədər uzanan fəlsəfi teoremlərin dərinliklərindən qurulub.
8. Zindan adası (Shutter island) (2010)
Baş rolunda Leonardo Di Kaprionun oynadığı filmdə iki ssenari qurulub. Filmin içində film kimi. Psixi xəstələrin saxlanıldığı həbsxanaya gələn müfəttiş adadan qaçan həkimi axtarır. Lakin o, artıq 3 ildir burada müalicə alan qatil formasında özünü tapır. (publika.az)
Milli.Az