Bakıda qayınata gəlinini güllələdi

Bakıda qayınata gəlinini güllələdi
01:24 12 Dekabr 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

 

APA-nın xəbərinə görə, insident  Maştağa qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakini öz gəlini A.M.-nı ərinə xəyanət etdiyi üçün tüfənglə qətlə yetirib. İlkin məlumata görə, 1993-cü il təvəllüdlü A.M.Xanağa qızı qonşuluqda olan bir oğlanla görüşürmüş. Bundan xəbər tutan qızın qayınatası tüfənglə onun başından atəş açaraq öldürüb.

 

Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları və rayon prokurorluğunun istintaqçıları hadisə yerində olub və müayinələr aparıb. Gəlinini öldürən qayınata saxlanılıb.

 

Fakt üzrə Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR