UNEC-də doktorantura təhsilində yenilik: Tədqiqatyönümlü dərslər təşkil olunacaq

10:44 12 Dekabr 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

 

UNEC-də doktorantura pilləsi üzrə tədris proqramı və imtahanlarının təşkili qaydaları hazırlanıb.

Qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris yükünün həcmi, tədris mərhələlərinin müddəti, tədris növləri və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlara ilk 1 il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.

Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib. Tədris ili yaz və payız semestrindən ibarət olacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289934

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR