Elnarə də Röyaya müharibə ELAN ETDİ: “Vallah...” – FOTO

Elnarə də Röyaya müharibə ELAN ETDİ: “Vallah...” – FOTO
16:58 12 Dekabr 2017
717 Şou
Ölkə mətbuatı
A- A+

“Altın kelebek” mükafatı Türkiyədən çox Azərbaycanda səs-küy yaradıb.

Publika.az xəbər verir ki, Nigar Camalın yanında olarkən Əməkdar artist Röya Ayxanı təbrik etməməsi ilə başlayan müzakirə instaqramda kəllə-çarxa çıxıb. Nigarı ikiüzlülükdə günahlandıran Röya sözarası ötən həftələrdə onun Türkiyədəki fəaliyyətini kiçiltməyə çalışan İradəyə də söz atmağı unutmayıb.

Onun bu hərəkətinə təbii ki, İradə də reaksiyasız qalmayıb, o da sözlərini elə instaqramdan yazıb. Bütün bunları kənardan izləyən “W-trio”nun keçmiş üzvü Elnarə Xəlilova da qonşudan "qalma dala" prinsipini əldə tutaraq İradəyə dəstək verib və sözlərini belə ifadə edib:

“Ayıbdır vallah. Gərək elə özümüzü biabır edək? Sadəcə deməyə söz tapmıram. Əslində hər şeyi özün aydın yazmısan...”

Pərviz Hüseyn


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/224041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR