"Latsio" futbol üzrə İtaliya çempionatının oyunlarını boykot edə bilər

"Latsio" futbol üzrə İtaliya çempionatının oyunlarını boykot edə bilər
22:52 12 Dekabr 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ "Latsio" futbol klubunun rəhbərliyi hakimlikdən narazılıq səbəbindən İtaliya A Seriyasının oyunlarını boykot etməyi nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə "Premium Sport" nəşrinə istinadən "Football Italia" yazıb.
"Qartallar"ın sahibi Klaudio Lotito hesab edir ki, onun komandasına qarşı planlaşdırılmış şəkildə kampaniya aparılır və bu, mövsümü romalıların dördüncü pillədə başa vurmasına mane olmağa yönəlib.
"Latsio" ötən gün İtaliya A Seriyasının 16-cı turu çərçivəsində "Torino" ilə keçirilən matçın yarısını on nəfərlə oynayıb. Bundan əlavə, hakim romalıların xeyrinə penalti təyin etməyib və matç turinlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Latsio" İtaliya çempionatında 15 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/latsio-futbol-uzre-i-taliya-cempionatinin-oyunlarini-boykot-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR