Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"

Tillerson: "Rusiyada təqribən 35 min Şimali Koreya vətəndaşı işləyir"
04:57 13 Dekabr 2017
101 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Şimali Koreyanın çoxlu sayda vətəndaşı Rusiya ərazisində hələ də işləyir, onların sayı təqribən 35 mindir.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantika Şurasında çıxışı çərçivəsində deyib.
"Bizim bu işçi qüvvəsi axınını dayandırmaq üçün nazir Lavrovla çoxlu səciyyəvi danışıqlarımız olub. Bu, böyük rəqəmdir – bu gün Rusiyada Şimali Koreyadan təqribən 35 min işçi var", — deyə o bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tillerson-rusiyada-teqriben-35-min-simali-koreya-vetendasi-isleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR