İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı keçirilir - FOTO

İstanbulda İƏT xarici işlər nazirlərinin toplantısı keçirilir - FOTO
10:33 13 Dekabr 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı çərçivəsində təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin yığıncağı keçirilir.

Tədbirə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb. Daha sonra dövlət başçılarının görüşü təşkil ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə səfər edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/224113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR