Roma Papası I Fransisk WhatsApp proqramından istifadə etmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Vatikanın rəsmi nümayəndəsi Qreq Berk bildirib.
Vatikanın rəsmi Twitter səhifəsində yazan nümayəndə vurğulayıb ki, Roma Papası insanlara bu proqram vasitəsilə heç bir ismarıc və ya xeyir-dua göndərmir.
Qeyd edək ki, bir müddət əvvəl WhatsApp vasitəsilə Roma Papasının adından ispan dilində ismarıclar göndərilmişdi.
Milli.Az