Qurban Qurbanov: "Çalışacam ki, bütün futbolçulara şans verim”

Qurban Qurbanov: "Çalışacam ki, bütün futbolçulara şans verim”
22:08 13 Dekabr 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov “İlin qalibləri” mükafatlandırma mərasimində Ali nominasiyada “ilin məşqçisi” adına layiq görülüb.

Publika.az xəbər verir ki, mükafatlandırma mərasimi “9 ilə 13” adı altında baş tutub. Tədbirin belə adlandırılması isə Qurban Qurbanovun futbol karyerası ilə bağlı olub.

Belə ki, Q.Qurbanovun bu il “Qarabağ”a baş məşqçilik etməsinin 9 ili tamam olub. Futbolçu karyerası ərzində isə 9 oyunda 13 qol vurub.

Mükafatlandırma mərasimindən sonra baş məşqçi öz təəssüratlarını bölüşüb:

“Məsuliyyətli bir işin altına girmişik. Mənə güvənib milli komandanı həvalə edən hər kəsə təşəkkür edirəm. Çalışacam ki, millidəki işlərim faydalı olsun. İlk oyunumuz Gürcüstanın yığma komandası ilə baş tutacaq. Düzdür, hələ ki ilk toplantımız olmayıb, ancaq çalışacam ki, bütün futbolçulara şans verim”.

Q.Qurbanov Çempionlar Liqasında hakim tərəfindən “Qarabağ” futbolçularına qarşı verilən sərt qərarlara da aydınlıq gətirib: "Belə hallar həmişə olur. Bu hadisələrə normal baxmaq lazımdır. Hər kəs də belə vəziyyətlərə hazır olmalıdır. Bizim nə deməyimizdən asılı olmayaraq, hakim hər zaman haqlı olur”.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR