Dörd futbolçu "Neftçi"dən ayrılır

Dörd futbolçu "Neftçi"dən ayrılır
12:08 14 Dekabr 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Qış fasiləsində "Neftçi" klubunun 4 futbolçusu komandadan ayrılacaq.

Publika.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüsyenzadə jurnalistlərlə söhbətində məlumat verib.

O bildirib ki, müdafiəçilər Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər Tərzin Canahgirov, Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.

Futbolçuların taleyi və onların yerinə gələcək oyunçular haqqında isə sabahkı “Neftçi” – “Zirə” matçından sonra rəsmi məlumat yayımlanacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR