Psixoloji-tibbi-pedaqoji komissiyanın yeni əsasnaməsi hazırlanacaq

Psixoloji-tibbi-pedaqoji komissiyanın yeni əsasnaməsi hazırlanacaq
16:17 15 Dekabr 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Gələn il Azərbaycanda psixoloji-tibbi-pedaqoji komissiyanın yeni əsasnaməsi hazırlanacaq.
“Report”un xəbərinə görə, bu, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiqlənən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2018-2024-cü illərdə sağlamlıq imkanları məhdud şəxslər üçün təhsil müəssisələrində onların maneəsiz hərəkətini təmin etmək üçün pandusların, xüsusi liftlərin quraşdırılması, təhsil müəssisələrinin məlumatın vizual, səs və daktil formada alınmasını təmin edən vasitələrlə, nəqliyyat vasitələri, reabilitasiya avadanlıqları ilə və digər yardımçı vəsait və texnologiyalarla, didaktik materiallarla təchiz edilməsi nəzərdə tutulur.
2020-2024-cü illərdə sağlamlıq imkanları məhdud şəxslərin peşə və əmək vərdişlərinə yiyələnməsi üçün müxtəlif peşələr üzrə xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat məktəblərində, ilk peşə-ixtisas təhsili müəssisələrində tədris emalatxanaları yaradılacaq.
Dövlət büdcəsində nəzərdə tutulmuş vəsait dairəsində sağlamlıq imkanları məhdud şəxslərə uyğunlaşdırılmış öyrədici materiallar, valideynlər və müəllimlər üçün metodiki vəsaitlər hazırlanacaq və nəşr ediləcək. Qeyd olunan işlər Təhsil Nazirliynə tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/psixoloji-tibbi-pedaqoji-komissiyanin-yeni-esasnamesi-hazirlanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR