Danimarkada marixuana və həşişin satışı qanuniləşib

Danimarkada marixuana və həşişin satışı qanuniləşib
19:12 15 Dekabr 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Gələn il yanvarın 1-dən etibarən Danimarkada həkimlər reseptdə xəstələrinə tibbi göstəricilərinə əsasən, marixuana və həşiş yaza biləcəklər. 
“Report” TASS-a istinadən xəbər verir ki, marixuananın leqallaşması ilə bağlı sınaq proqramı bu gün parlament tərəfindən təsdiqlənib.
Marixuananın istehsalı ilə yerli fermerlərin məşğul olacağı, satışın apteklərdə həyata keçiriləcəyi planlaşdırılır. İndiyədək marixuana yetişdirilməsinə icazə almaq üçün 15 şirkət hökumətə müraciət edib.
Marixuananın onkoloji xəstəliklərin ağrıları zamanı, kimyaterapiyadan sonra, onurğa travması, güclü əzələ ağrıları və digər ağır xroniki xəstəliklər zamanı ağrıların yüngülləşdirilməsi üçün istifadə olunacaq. Həmçinin həkimin nəzarəti və məsuliyyəti ilə digər diaqnozlarda da marixuana həkimlər tərəfindən əhaliyə yazıla biləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/cemiyyet/danimarkada-marixuana-ve-hesisin-satisi-qanunilesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR