Səhər saatlarında Qırğızıstanda zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Seysmoloji Xidmət yeraltı təkanların 4 bal gücündə olduğu barədə xəbər yayıb.

Məlumata görə, zəlzələ Bişkekdən 244 kilometr məsafədə, yerin 1 kilometr dərinliyində qeydə alınıb.

İnsan tələfatı və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az