Meksikada uşaq futbol komandasının avtobusu qatarla toqquşub, ölən və yarlananlar var

Meksikada uşaq futbol komandasının avtobusu qatarla toqquşub, ölən və yarlananlar var
06:22 17 Dekabr 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Meksikada uşaq futbol komandasının avtobusu yük qatarı ilə toqquşub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NTR Guadalajara" internet portalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Xalisko ştatında baş verib. Qəza zamanı avtobusda uşaq futboll komandasının 40 üzvü də daxil olmaqla, təxminən 60 nəfər olub.
Xayme regionunun xilasetmə xidmətinin rəhbərlərindən olan Alberto Moreno Kaço bildirib ki, onlar turnirə gedən böyükləri müşayiət edirmiş. Qəza nəticəsində azı 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Onun sözlərinə görə, bir neçə nəfər başından ağır xəsarət alıb. Onların vəziyyəti ağır qiymətləndirilir.
Yaralıların hamısına tibbi yardım göstərilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-usaq-futbol-komandasinin-avtobusu-qatarla-toqqusub-olen-ve-yarlananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR