Qazaxda avtomobil aşıb

Qazaxda avtomobil aşıb
17:39 17 Dekabr 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı-Qazax-Gürcüstan avtomagistralında minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

 

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə yolun Qazax rayonunun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan "Opel" markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 2 nəfər - Gürcüstan vətəndaşları 1967-ci il təvəllüdlü Daşdəmirov Həsən Aydın oğlu və 1975-ci il təvəllüdlü Səmədəov Mədət İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/290345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR