Dekabrın 17-də axşam saatlarında Qırğızıstanın Cəlalabad vilayətinin ərazisində, Bişkek-Oş magistral yolunun 299-cu kilometrində iki avtomobil qəzası nəticəsində yeddi nəfər həlak olub, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisəyə "Hyundai Getz" markalı avtomobilin əks yola çıxması səbəb olub.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, həlak olanların şəxsiyyəti dəqiqləşdirilir.

Milli.Az