Rusiya Milli Komandası qalibiyyətə doğru

Rusiya Milli Komandası qalibiyyətə doğru
10:48 18 Dekabr 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Buz Xokkeyi üzrə milli komandası “2017 “Kanal 1” Kuboku” turniri çərçivəsində Kanada milli komandasını məğlub edib.

Publika.az xəbər verir ki, 2-0 hesabı ilə bitən qarşılaşma Moskvanın “Park Leqend” buz saraydında baş tutub.

Beləliklə, Rusiya millisi turnirin ikinci matçında ikinci qalibiyyətini alıb. Komanda növbəti qarşılaşmasını bu gün Finlandiya təmsilçisinə qarşı keçirəcək.

Kanada isə turnir ərzində bir qalibiyət, iki məğlubiyyət əldə edib.

Qeyd edək ki, “2017 “Kanal 1” Kuboku” turniri Rusiyanın birinci kanalının təşkilatşılığı ilə keçirilir. Burada Avropanın professional liqasında da ölkəsini təmsil edən komandalar iştirak edə bilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/224674.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR