Qırğız Respublikasında 11 terrorçu həbs olunub

Qırğız Respublikasında 11 terrorçu həbs olunub
11:07 18 Dekabr 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Qırğız Respublikasında “Hizb-ət-Tahrir” terrorçu qruplaşmasının 11 üzvü həbs olunub.
“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, saxlanılanların hamısı Qırğız Respublikasının vətəndaşlarıdır. Onlar Bişkek şəhəri, Çuy və İssık-kul vilayətlərinin sakinləridir.
Hazırda əlavə əməliyyat-axtarış tədrbirləri davam etdirilir. 
Qeyd edək ki, “Hizb-ət-Tahrir” (“İslam Azadlıq Partiyası”) dünyanın bir sıra ölkələri tərəfindən terrorçu təşkilat kimi tanınıb. Onlar müsləman olmayan hakimiyyətləri devirib, onların yerində “Ümumdünya İslam Xilafətini” qurmaq uğrunda mübarizə apardıqlarını deyirlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/qirgiz-respublikasinda-11-terrorcu-hebs-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR