Azərbaycanda baş vermiş, gizli saxlanılan olaylar...

Yazıçı, jurnalist İlham Tumasın “Dünyanın gizli ocağı: Vatikan” adlı kitabı dərc edilib.

Metbuat.az bildirir ki, “XAN” nəşrlərinin “Çağdaş ədəbiyyat” seriyasında çap olunmuş kitabın təqdimat mərasimi dekabrın 23-ü, saat 15:00-dan 17:00-dək “kitabevim.az” mağazalar şəbəkəsinin 28 may filialında keçiriləcək.

Bildirək ki, kitabda dünyada və Azərbaycanda baş vermiş, ancaq indiyə qədər sirri açılmayan gizli olaylardan bəhs edilir. Oxucular kitabda Vatikanın, mafiyanın sirlərindən tutmuş səs-küy doğuran qətllərə qədər bütün gizlinlər haqda məlumat ala biləcəklər.

Qeyd edək ki, kitabın qiyməti 5 manatdır



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR