Bu gün kişi voleybolçular arasında "Çelenc Cup" turnirində 1/16 final mərhələsinin cavab görüşləri keçiriləcək.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ikinci oyun günündə Azərbaycan çempionu "Lokomotiv" də meydana çıxacaq.
Paytaxt təmsilçisi Bakı vaxtı ilə saat 00:30-da Portuqaliyada "Fonte Bastrado" klubunun qonağı olacaq. Görüşün gərgin keçəcəyi gözləniləndi. Lakin Bakıda 3:1 hesablı qələbə görüşü ən pis halda "Qızıl set"ə daşıyacaq. Komandamız 2 setdə qalib gələrsə, yenə mərhələ adlayan tərəf olacaq.
20 dekabr
"Çelenc Cup"
1/16 final, cavab oyunu
00:30. "Fonte Bastrado" (Portuqaliya) - "Lokomotiv" (Azərbaycan)
Hakimlər: Karlo Qoitre (İtaliya), Ehsanulla Rejaeyan
Praya da Vitorya, "Kompleks Desportivo Vitorino Nemesio"
"Fonte Bastrado": Qerson Pereyra, Rikardo Filyo, Daniel Ruiz, Aleksandrs Kudryaşovs, Robert Viiber, Karlos Vina, Maykon Kosta, Osvaldo Ferreira da Silva, Kaio Roşa, Reynaldo da Silva, Bruno Alveş
Baş məşqçi: Xose Migel
"Lokomotiv": Vüqar Bayramov, Abbas Cəfəri, Murad Abdurazakov, Əli Maqomedov, Andrey Vasilenko, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev
Baş məşqçi: Fərid Cəlalov
İlk oyun: "Lokomotiv" (Azərbaycan) - "Fonte Bastrado" (Portuqaliya) - 3:1 (25:23, 21:25, 28:26, 25:20)
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində