Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə "Selva" nəzarət-buraxılış məntəqəsini (NBM) bağlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Krallıq rəhbərliyi hələ məlumatı şərh etməyib.

Qeyd edək ki, "Selva" Səudiyyə Ərəbistanı ilə Qətər arasında yeganə NBM-dir.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terrorçu təşkilatlara dəstəkdə və Yaxın Şərqdə vəziyyətin qeyri-sabitləşdirilməsində ittiham edərək Qətərlə diplomatik münasibətlərini dayandırdıqlarını elan etmişdilər.

Milli.Az