“Report” xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov bu gün təşkil olunan ilk mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis “Bayıl Arena”da təşkil edilən tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyununuz Gürcüstan millisi ilə olması simvolikdir?
- Bıli, simvolikdir. Amma ola bilər ki, əvvəlcə bir oyunumuz olsun. Danışıqlar gedir.
- Bütün yaş qrupları üzrə yığma komandalara yeni baş məşqçilər cəlb olunub. Siz onlarda hansı keyfiyyətləri görürsünüz?
- Qərar qəbul etməkdə çətinlik çəkdik. Rəşad Sadıqov mənim komandamın lideridir. Onun böyük təcrübəsi var. Belə bir qərara gəldik ki, məşqçi yetişdirək. Digər yeni baş məşqçilərin köməkçi-məşqçi kimi böyük təcrübəsi var.
- Robert Prosinçeki aşağı liqalarda oynayan futbolçuları milliyə çağırdmırdı. Məsələn, Renat Dadaşovu. Siz də bu cür edəcəksiniz?
- Əlbəttə, futbolçularımızın hazır olmasını istərdik. Bəziləri əsas heyətdə oynamırlar. Amma ola bilər ki, bəzi adlar görəsiniz.
- Rauf Əliyevin qışdan sonra klubsuz qalması ehtimalı var. Bu məsələnin həllinə çalışacaqsınız?
- Bu, mənə aid olan iş deyil. Qanun qanundur. Məncə, “Keşlə”də oynaya bilər. Buna çox üzüldüm.
- Süni meydançalar uşaq futbolu üçün problemdir. Bu barədə nə deyə bilərsiniz?
- Avropanın hər bir yerində süni örtüklü meydançalar var. Lakin müəyyən yaş dövründən sonra belə meydançalardan uzaqlaşmaq lazımdır. Süni meydançaları salmaq və saxlamaq asandır. Danışdıq ki, Premyer Liqanın bütün komandalar təbii örtüklərdə oynasınlar.
- Maaş məsələniz mətbuatda çox müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?
- Məni maliyyə o qədər də maraqlandırmır. Maaşla bağlı rəhbərliklə söhbətim olmayıb. Azərbaycan futboluna və milli komandaya qürurula xidmət etmək istəyirəm. Özüm və düşüncələrim sağlam olsun. Bundan önəmli heç nə yoxdur. Bu gün mənə bu səviyyədə qiymət verilirsə, mənim üçün önəmli qazanc budur.
Bu zaman AFFA-nın baş katibi Elxan Məmmədov əlavə edib: "Müqavilənin şərtləri ola bilər açıqlansın, ola bilər məxfi saxlanılsın".
- Problemli mövqelərə milliəşdirilmiş oyunçular cəlb etməklə öz prinsiplərinizdən əl çəkəcəksiniz?
- Çox istərdim ki, azərbaycanlı futbolçular inkişaf etsinlər. Lakin onların kimlərin yanında olması önəmlidir. Mən "Qarabağ"da işə başlayanda yalnız legioner kimi Admir Telli var idi. Amma sonra əlavə oyunçular götürdük. Bəlkə də yerlilərlə oynasaydıq, məni alqışlayacaqdınız. Bəli, bəzi mövqelərdə problemlər var. Son oyunlarda 4 mərkəz müdafiəçisi zədəli idi. Düşünürəm ki, normal qarşılayacaqsınız. Mən də istərdim ki, azərbaycanlı futbolçularla uğur qazanaq. Amma lazım gəlsə, milliləşdirmə də ola bilər. Biz bilmirik ki, Bədavi Hüseynov nə vaxt oynayacaq. Düzdür, 6 ay deyirlər. Amma iki futbolçuda belə olub, bir il sonra qayıdıb.
- AFFA prezidenti Rövnəq Abdullayev dedi ki, növbəti mövsüm Premyer Liqaya 1 klub yüksələcək, 1-i düşəcək. Amma bildiyimzə görə sizin şərtlərdən biri Premyer Liqada 10-12 komanda olmasıdır. ..
- Məncə, Rövnəq müəllim əvvəlki mövsümləri nəzərdə tuturdu. Mən komandaların sayının çox olmasının tərəfdarı olmuşam. I Divizionda bu cür alqı-satqı olacaqsa, l Divizionun olmaması yaxşıdır. Əlimizdə 5 komansa olsun, amma onlar sağlam olsunlar. Dediyiniz şərti irəli sürməmişəm. Ehtiyac olsa, 10 - 12 komandalı çempionat etməyə çalışacağıq.
- Süni meydançalar əsas problemlərdən biridir. Bunu necə aradan qaldırmaq olar?
- "Çelsi"nin 32 təbii, 2 süni örtüklü meydançası var. Onların 28-dən istifadə edirlər. Hələ buna rəğmən deyirlər ki, bizim problemimiz var. Gör indi bizdə durum necədir. Bizdə hər şeyi tez dəyişmək mümükün deyil. Maliyyə məsələsi önəmlidir.