Bakı. 22 dekabr. REPORT.AZ/ “Unibank” ASC biznes müştəriləri üçün dövriyyənin məbləğinə görə overdaft kreditindən sonra daha bir imkan yaradır.
“Report” xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, geniş POS-terminal şəbəkəsinə malik Unibank, partnyorluq etdiyi biznes sahiblərinə yeni kredit məhsulunu təqdim edir. Sahibkarlar POS-terminallardan keçənn dövriyyəyə əsasən, təminatsız olaraq qısa müddətə 100 min manata qədər kredit götürə biləcəklər.
Kreditin ödənişi üçün müştərinin əlavə vaxt itirərək banka gəlməsinə, növbə gözləməsinə də ehtiyac olmayacaq. POS-terminalın gündəlik dövriyyəsindəki vəsaitin müəyyən hissəsi avtomatik olaraq kredit ödənişinə yönləndiriləcək. Ödəniş məbləğini sahibkar özü təyin edə biləcək.
Ekvayrinq kreditinin üstünlükləri aşağıdakılardır:
- Kreditin rahat və cəmi 1 gün ərzində alınması;
- Girov və təminat tələbinin olmaması;
- Müştərinin POS-terminal dövriyyəsi artdıqca kredit limitinin artırılması;
Kredit ödənişinin avtomatik olması, yəni məbləğin müştərinin POS-terminaldan keçən dövriyyəsindən tutulması.
Qeyd edək ki, artıq biznes sahibləri istədikləri vaxt, banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilirlər (https://onlineservices.unibank.az/AccountOrder/index.html).
“Unibank”ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Bankın mükəmməl rəqəmsal bankçılıq xidmətləri - “Unibank Mobile Business” (http://onelink.to/um-business), “Internet Banking” və “Telegram Bot” biznes sahiblərinə harada olmaqlarından asılı olmayaraq 24/7 rejimində öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.
“Unibank” geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09:00-dan 17:00-a qədər “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallar və “Unibank biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients) əldə etmək olar.