İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi Milad bayramı ərəfəsində xeyirxah addım atıb.

Publika.az xəbər verir ki, 32 yaşlı hücumçu 3 uşaq fondunun hər birinə 250 min funt sterlinq bağışlayıb.

Qeyd edək ki, Runi 2013-2016-cı illərdə İngiltərə millisinin heyətində 119 oyun keçirib və 53 qol vurub. 2004-cü ildə “Everton”dan “Mançester Yunayted”ə transfer olan forvard bu yay yetirməsi olduğu kluba qayıdıb.