29 dekabr tarixində "Pullman Hotels and Resorts" otelində " Star Kids Group" şirkətinin təşkilatçılığı ilə "Qış Nağılı" adlı Kids Fashion Show yarışması keçiriləcək.
Müsabiqədə 4-14 yaş arasında uşaqlar iştirak edəcəklər. "Qış Kolleksiyasına" həsr olunmuş tədbirdə 86 model və 27 modelyer iştirak edir. Modellərin 50 qız, 36 oğlan oldu. Tədbirdə Azərbaycanın məhşur simaları modelyer-dizaynerlər, xalq artistləri və əməkdar artistlər iştirak edecəklər.
Tədbirin layihə rəhbəri " Star Kids Group MMC" şirkətinin direktoru Aygün Əliyeva
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində