İlin sonunda şou-biznesin daha iki məşhur nümayəndəsi barışıb. Lent.az-ın məlumatına görə, müğənni Elnur Məmmədov uzun illərdir küsülü olduğu həmkarı Natəvan Həbibi ilə barışıb. Onlar rəqqasə Oksana Rəsulovanın ad günündə üz-üzə gəlib və aralarında olan küsülülüyə son qoyublar.

N.Həbibi “Atv maqazin onlarla” verilişinə açıqlamasında “Elnurla küsmüşdük, Oksana barışdırdı, heç bilmirəm ki, niyə küsmüşdük” sözlərini deyib.

Qeyd edək ki, Natəvanla Elnur uzun illər dost olublar. Onlar birgə “Dəniz” adlı duet də ifa ediblər.

İlin sonunda şou-biznesdə daha bir BARIŞIQ - "Niyə küsmüşdük?"