"Qarabağ"ın futbolçusu Yakub Jezniçak yayda əməliyyat olunacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu haqda Jezniçak Polşa mətbuatına açıqlamasında məlumat verib.
Müdafiəçi bildirib ki, həm burnundan, həm də barmağından əməliyyat olunacaq. Əməliyyat əvvəlcə qış fasiləsində nəzərdə tutulsa da, Jezniçak bunu yaya qədər təxirə salıb.
Qeyd edək ki, Jezniçak yayda Polşanın "Legiya" (Varşava) klubundan "Qarabağ"a keçib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində