"The Beauty Of The Year 2017" gözəllik müsabiqəsinin finalı baş tutub. Final gecəsində Azərbaycanın tanınmış şou biznes nümayəndələri, jurnalistlər və iş adamları iştirak edib.

Münsif heyətində peşəkar modellər İlqar Aliyev, Nargiz Aliyeva, Elxan Hüseyn, Ramina Abasova, idmançı Anar Süleymanov, prodüser Təranə Səmədova, dizayner İbo, jurnalist Şahin Cavadsoy, təşkilatçı Aqil Məmiyev və Pərviz Əzimzadə iştirak ediblər. Layihənin rəhbəri "N Group Production"-ın Direktoru Novruz İsmayıl final gecəsində ilk öncə layihənin rəsmi saytını təqdim edib (www.beautyoftheyear.com) və finalistlərə uğurlar arzulayıb. Finalda "The Beauty Of The Year 2017" titulu uğrunda 17 xanım iştrakçı podiuma çıxaraq öz gözəlliyini nümayiş edib. Layihənin sonunda zalda oturan tamaşaçıların səs verməsi və münsif heyətinin səs verməsi hesablanaraq yoxlanılmışdır və nəticədə Gülnar Məmmədova qalib olaraq açıqlanıb. Xatırladaq ki, qalib Azərbaycanı beynalxalq yarışlarda təmsil etmək üçün yaz ayında bir neçə xarici ölkələrə yollanacaq.​

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində