"Doktorlar" serialından Ela obrazı ilə tanınan aktrisa Yasemin Özilhan ekranlarla vidalaşsa da, sosial şəbəkədə aktivliyini saxlayır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, keçmiş aktrisa uşaqlıq fotosunu paylaşıb. Yasemin fotoya "1992-ci il, qardaşlarımla" sözlərini yazıb. Özilhanın uşaqlıq şəklinə izləyicilər tərif dolu sözlər yazıb. Onlardan bəziləri aktrisanın uşaqlıqda da zövqlə və şıq geyindiyini yazıblar.
Qeyd edək ki, iş adamı İzzət Özilhanla ailəli olan Yasemin 2 qız anasıdır.
Milli.Az