Türkiyədə 15 iyul 2016-cı il hərbi çevriliş cəhdindən sonra qonşu Yunanıstana qaçmış zabitlərdən birinə siyasi sığınacaq verilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Yunanıstan dövlətindən siyasi sığınacaq istəmiş zabitlərdən birinin müraciəti təmin edilib və o, sərbəst buraxılıb.
Xatırladaq ki, Yunanıstan Ali Məhkəməsi bu ölkəyə qaçaraq siyasi sığınacaq istəyən 8 zabitin Türkiyəyə ekstradisiyası barədə Ankaranın tələbini rədd etmişdi.
Milli.Az