"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola 2018-ci il dünya çempionatı ərəfəsində İngiltərə millisinə kömək etməyə hazır olduğunu deyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəssis bu barədə sualı belə cavablandırıb:
"Milli komandanın üzvləri ilə söhbət edə bilərəm, problem yoxdur. Onlar bunu güman etməsə də, bu söhbətdən özüm də nəsə bir şey öyrənmiş olaram. Məşqçilik fəaliyyətinə ilk başladığım vaxtlar mən də digər mütəxəssislərlə səyahət edib bu peşənin sirlərini öyrənməyə çalışmışam. Bu, çox faydalı idi. Yeni başlayan məşqçilərə məsləhət görərdim ki, öz yolları ilə getsinlər. Başqasına bənzəmək məqsədi düzgün olmazdı".
İngiltərə millisi mundialda G qrupunda mübarizə aparacaq. Onların rəqibləri Belçika, Panama və Tunis olacaq.
Milli.Az