Hər hansı bir "şey"ə ilişib qalmaq hissiyatını əsas götürürük. Bir otağa, bir evə və hətta kosmosda bir sahəyə də ilişib qalmağa qədər gedən bir mövzudan bəhs edirik.
Qeyd: Sıralama xronolojikdir.
1. Battle Royale

Milli.Az kenquru.az-a istinadən bildirir ki, Yaponiyanın qapqaranlıq bir gələcək təsəvvürü ilə qarşı-qarşıyayıq. Hər il dövlət əli ilə seçilən bir sinif şagirdi, aparıldığı kimsəsiz adada, bir "oyun" oynamağa məcbur edilir. Oyunun əsas məqsədi gücün daim dövlətin əlində olduğunu vurğulamaqdır. Qayda isə sadədir namizədlərdən yalnız bir nəfər sağ qala bilər. Yaşamaq üçün ən yaxın dostların bir-birini öldürdüyü filmin atmosferində nəfəs almağınız həqiqətən çətinləşir.
2. Panic Room

Devid Fincher'in əllərindən çıxan bu gərginlik dolu filminin mövzusu olduqca sadədir. Diabet xəstəsi qızı ilə yaşayan bir qadının yeni köçdükləri evlərinə, oğru girməsi üzərinə panika otağına sığınma hekayəsi izah edilir. Rejissorun texniki baxımdan bir çox yenilik təqdim etdiyi filmdə, 4 divarın üzərinizə doğru gələcəyinə əmin ola bilərsiniz.
3. Fermat's Room

4 riyaziyyatçının bir sualı həll etmək üçün aldıqları dəvəti qəbul etmələriylə başlayan bir kabus. Hər bir sualı gözlənilən şəkildə cavab vermədikdə olduqları otağın qəzəbinə uğrayacaq olmaları ilə yanaşı, niyə orada olduqlarını tapmadan da xilas olmaq şansları olmayan bir qrup ağıllı insan. Rejissorların ilk filmi olan Fermat's Room, məntiq oyunları ilə bəzədilmiş bir İspan filmi olması ilə sizləri də otağın içərisinə salmağı çox yaxşı bacarır.
4. An American Crime

Ailəsinin bir müddətlik baxması üçün bir qadına əmanət etdiyi qız uşağının başına gələnləri bəhs edən film, səbəbsiz zorakılıq və buna şərik olan bəşəriyyəti ən sakit halda gözlər önünə sərir.
5. Moon

Sam Bell, Ayda enerji mənbəyi tapmaq vəzifəsini yerinə yetirmək üçün hazırlanan bir kosmonavtdır. Tənhalığı ilə baş-başa Ayın qaranlıq üzündə ilişib qalmışdır. Yaşadığı bir nasazlıq nəticəsində əlaqə qura biləcəyi yeganə şəxs isə yanındakı robot Gerty'dir. Tənhalığın, heç bir yerə gedə bilməməyin yaratdığı nevrozlar getdikcə böyümüş, artıq Sam'ın həyatını çətinləşdirən patoloji problemlər baş göstərməyə başlamışdır.
6. Exam

8 fərqli namizəd ancaq 1 adam işə götürüləcək. Vahid məkanda keçən bu İngilis filmi, namizədlərin işə qəbul olmaq üçün tutulduqları testə yönəldirilir.
7. Buried

Bu dəfə ilişib qaldığımız yer bir tabutdur. Bütün hissəsi bir tabutun içərisində keçdiyi filmdə, baş rolda Ryan Reynolds'u görürük.
8. The Raid

Son illərin ən təsirli aksion səhnələrinə sahib The Raid filmi, bir SWAT komandasının şəhərin kənar məhəllələrindən birində yaşayan məşhur narkotik baronunun yaşadığı binaya basqın etməsindən bəhs edir. Ancaq qrupun diqqət etmədiyi mühüm bir məsələ var; Bina sakinlərinin gerçək həyatlarında heç də sakit obraz olmadıqları. Binanın demək olar ki, hamısı SWAT dəstəsinə qarşı döyüş başlatdıqda isə dəstə binaya ilişib qalır və fərdi səylər və obrazlar ön plana çıxır.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin