Eden Azar 2017-ci ildə Belçika milli komandasının ən yaxşı oyunçusu seçilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yerli federasiyanın saytında keçirilmiş sorğuda respondentlərin çox hissəsi onu dəstəkləyiblər.

Səsvermədə iştirak edən 27 122 azarkeşdən 10 280-i 26 yaşlı yarımmüdafiəçini fərqləndiriblər. İkinci pilləni 4710 nəfərin etimadını qazanmış Kevin De Brün tutub. İlk üçlüyü isə Romelu Lukaku (3 223) tamamlayıb.

Maraqlıdı ki, hər üç oyunçu ötən il eyni klubda - "Çelsi"də birlikdə çıxış ediblər.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmış Belçika millisi İngiltərə, Panama və Tunislə eyni qrupda yer alıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin