"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Canluici Donnarummanın mümkün transferi haqqında danışıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu variantı təkzib edib.
O, Buffonun karyerasını bitirməsindən sonra əsas qapıçının kim olacağını da deyib:
"Buffonu Voyslav Şesnı əvəz edəcək. Bu haqda dəfələrlə danışmışam. Biz çox yaxşı transfer edərək polşalı qapıçını heyətimizə cəlb elədik. Donnarumma isə "Milan"ın oyunçusudu və onun öz yolu var".
Qeyd edək ki, əfsanavi qapıçı Canulici Buffonun mövsümün sonunda karyerasını bitirəcəyi gözlənilir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində