“Report” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "Palmeyras” klubunun formasını geyinən 23 yaşlı mərkəz müdafiəçisi üçün 10 milyon avro nəğd, 2 milyon avro isə bonus şəkilində ödəyəcək.
Futbolçunun özü ilə 2022-ci ilə qədər müqavilə bağlanılacaq. Kolumbiyalının yanvarın 8-də Kataloniya təmsilçisinə qoşulacağı bildirilir.
Qeyd edək ki, Erri Mina daha əvvəl vətənində "Deportivo Pasto” və "Santa-Fe” komandalarında çıxış edib. O, 2016-cı ildən etibarən yığmanın heyətində 9 oyuna çıxıb və 3 qol vurub.