5 il öncə İranda keçirilən ağır ürək əməliyyatı sonrası ikinci dəfə həyata qayıdan gənc müğənni Mirkamil Kamilov sözügedən olayla bağlı maraqlı açıqlamalar verib.
Milli.Az xəbər verir ki, aparıcı Elgiz Əkbər müğənnidən gənc yaşında ağır ürək əməliyyatı keçirməsinin səbəbini soruşub.
Mirkamilin xatirələri ilə dolu açıqlamasını təqdim edirik:
"Mən uşaq yaşlarımdan valideyinlərimin əziyyət çəkməməsi üçün özümü onlardan çox oda atırdım. Atam bu vaxta kimi, ümumiyyətlə, mənə nə isə deyibsə, bir gün və ya bir neçə saat öncədən heç nə deməyib. Sadəcə, həmin dəqiqə, həmin saniyə çağırıb deyib ki, bunu et! Keçmişi danmaq, utanmaq mənlik deyil. Mən yaşamışamsa, bununla fəxr edirəm. Hər zaman atama deyirəm ki, çox sağol. Bu qədər əzabları görməsəydim, bəlkə də mən ürək əməliyyatına dözə bilməzdim.
Bir gün atam çağırdı məni, dedi ki, paltarını geyin, paltonu geyin, şarfı doladı boynuma, çomağı verdi əlimdə. Dedi "Getdin dağa". 5-ci sinifdə oxuyurdum. Bir də ad deyibdir, qonşumuzun adını, "Gedirsən dağa, çıxırsan ən zirvəsinə və orada Ağamayılı (qonşu) tapırsan". Mən də çıxdım dağa. Daha demədim ki, ay ata, canavar yeyər, nə olacaq, nə bilim nə. Məndə belə şey olmayıb. Sonra nobata çıxırdım. İndi qoyun soyub, doğramağı da bilirəm. Belə, belə...".
Qeyd edək ki, Mirkamil "Xalq ulduzu" televiziya layihəsinin iştirakçısı olub. O, xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur.
Məhəmməd Vaqif
Milli.Az