Almaniyanın "Bavariya" futbol komandası "Alyans Arena"da üçüncü divizion komandası "Zonnenhof Qrossaşpax"ı yoxlama oyununda qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Yupp Xaynkesin komandası rəqibinə 5:3 hesabı ilə qalib gəlib.

"Bavariya"nın tərkibində 34 yaşlı fransız Frank Riberi het-trik müəllifi olub. Belə ki, o, 11 dəqiqə ərzində 3 qol vurub.

"Bavariya" yanvarın 12-də Almaniya çempionatı çərçivəsində "Bayer"lə görüşəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində