Azərbaycanda lisenziyası ləğv edilmiş sığorta şirkəti "Qarant Sığorta" ASC Kənd Təsərrüfatı Nazirliyi və "Azərsığorta" Dövlət Kommersiya Şirkətini məhkəməyə verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Qarant Sığorta" cavabdeh tərəflərdən subroqasiya qaydasında pul tələbi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

Milli.Az