Azərbaycanlı müğənni Elvin Abdullayev “Bizim Cəbiş müəllim” filminin məşhur musiqisinə mahnı yazdırıb.

Lent.az-ın məlumatına görə, “Cənnətimizsən bizim” adlanan mahnının sözləri Anar İsmayılova məxsusdur. Bəstənin aranjimanını Eyyub Yahyayev edib. Elvin mahnı üçün yeni fotosessiya da etdirib. Sənətçi 1970-ci illəri xatırladan ağ-qara şəkillər üçün fotoqraf Anarın obyektivi önünə keçib.