Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb
Paylaş
·92 baxış·1 dəq oxu
Bakı. 11 yanvar. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı ən azı 17 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadən NBC məlumat yayıb. Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 13 nəfər olduğu xəbər verilmişdi.