"Liverpul" klubu “RB Leypsiq”in dünya şöhrətli yarımmüdafiəçisi Nabi Keytanı müqavilədə qeyd olunmuş vaxtdan əvvəl heyətinə qata bilər.

Publika.az xəbər verir ki, ingilislər bunun üçün 13 milyon funt-sterlinq ödəməlidir.

Almaniyanın “Bild” qəzetinin məlumatına görə, “Liverpul” müqavilədə qeyd edilən 50 milyon funt-sterlinqdən əlavə 13 milyonu da ödəsə, Nabi Keyta 1 iyun tarixindən daha tez Premiyer Liqaya keçid edə bilər.

Qeyd edək ki, "Liverpul" keçən ilin avqust ayında Nabi Keytanı heyətinə qatmaq üçün "RB Leypsiq"lə 50 milyon funt-sterlinq dəyərində müqavilə imzalayıb.

Zümrüd