Qırğızıstanın Bişkek-Oş magistral yolunun 268-ci kilometrində avtomobil qəzası nəticəsində dörd adam həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanacaq daşıyan maşının "Opel-Zafira" minik maşınının toqquşması daha üç nəfərin ağır yaralnmasına səbəb olub.

Yaralananlar Tokyoqul ərazi xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, qəza qatı duman səbəbindən baş verib.

Milli.Az