Kritik Kanada görüşü: Dünya ikiyə bölünür

Kritik Kanada görüşü: Dünya ikiyə bölünür
11:53 15 Yanvar 2018
108 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Vankover şəhərində Şimali Koreya nüvə böhranı ilə bağlı zirvə təşkil ediləcək.

Publika.az xəbər verir ki, 16 yanvar tarixində təşkil ediləcək zirvəyə Kanada ilə yanaşı, ABŞ da ev sahibliyi edəcək.

Toplantılarda Şimali Koreyanın həm regional, həm də beynəlxalq sülhə və təhlükəsizliyə zərbə vuran nüvə, həmçinin, ballistik raket proqramları müzakirə ediləcək.

Zirvə üçün yaradılan intenat saytında toplantılara Avstraliya, Belçika, Kolumbiya, Danimarka, Yunanıstan, Fransa, Hindistan, İtaliya, Yaponiya, Hollandiya, Yeni Zelandiya, Norveç, Filippin, Cənubi Koreya, İsveç, Tayland və İngiltərənin xarici işlər nazirlərinin qatılacağı qeyd edilib.

Zirvəyə Çin və Rusiya nümayəndələrinin qatılmaması diqqət çəkib. Kanadanın “National Post” qəzeti Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanqın toplantı ilə bağlı fikirlərini paylaşıb. Sözçü bu zirvənin xeyirdən çox zərər verəcəyini və beynəlxalq ictimaiyyəti ikiyə böləcəyini deyib.

Xəbərdə Kanadanın Çin və Rusiyanı dəvət etmək istədiyi, lakin ABŞ-ın buna qarşı çıxdığı yazılıb. Digər bir iddiaya görə, Çin və Rusiya Kanadanın təklifi rədd edib.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/227741.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR