Kriptovalyuta bazarlarında volatillik və onun cari vəziyyəti, perspektivli kriptovalyutalar, onlardan hansının hələ də ucuz olması barədə "Report"un sualını cavablandıran mütəxəssis qeyd edib ki, kriptovalyuta bazarı "köpük" deyil və o heç vaxt yox olmayacaq: "Hansı kriptovalyutanın 10 il və ya daha çox yaşayacağını deyə bilmərəm, amma kriptovalyutalardan ibarət portfel yaradarkən vençur kapitalının təşkilinə yanaşma kimi baxılmalıdır. Yəni, portfeldə 80% investisiyanın boşa çıxacağını, 10% sabit qalacağı, digər 10%-in isə 50-1000 dəfə artacağı düşüncəsi ilə hərəkət edilməlidir".
K.Van-Petersen yaxın 5-15 ildə blokçeyn texnologiyasının sirayət etmədiyi sənaye sektorunun qalmayacağını bildirib: "Blokçeyn biznesin orta qiymətini minimuma endirmək üçün ənənəvi mərkəzləşdirilmiş sistemlərin hamısını dəyişdirir və yox edir".